Haqqımızda
HAQQIMIZDA - WUF13 KÖNÜLLÜLƏR MƏRKƏZİ
Ümumdünya Şəhərsalma Forumu (WUF) BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən iki ildən bir təşkil olunan və dayanıqlı şəhər inkişafına həsr edilmiş ən böyük qlobal platformalardan biridir. 2026-cı il 17-22 may tarixlərində Bakı şəhərində 13-cü keçiriləcək WUF13 tədbirində şəhərlərin gələcəyi, inklüziv cəmiyyətlərin qurulması, iqlim dəyişiklikləri və sosial davamlılıq kimi mühüm mövzular ətrafında dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndəni bir araya gətirəcək.
WUF13 Könüllülər mərkəzi forumun könüllülük proqramının əsas koordinasiya nöqtəsidir. Burada könüllülərin seçim və müsahibə prosesi idarə olunur, təlimlər keçirilir, məlumatlandırma və dəstək fəaliyyəti göstərilir. Burada fəaliyyət göstərən çağrı mərkəzi könüllülük proqramı ilə bağlı sorğuların cavablandırılması, müraciət edənlərə bütün proses boyunca operativ dəstək göstərilməsi funksiyasını yerinə yetirir.
WUF13 Könüllülər Proqramı çərçivəsində könüllülər protokol, nəqliyyat, qeydiyyat, media, informasiya texnologiyaları, məkan və şəhər əməliyyatları, eləcə də qonaqların qarşılanması və istiqamətləndirilməsi kimi müxtəlif sahələrdə fəaliyyət göstərəcəklər. Məqsədimiz peşəkar, məsuliyyətli və motivasiyalı könüllülər vasitəsilə bu nüfuzlu beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə töhfə vermək, eyni zamanda gənclərin şəxsi və peşəkar inkişafına dəstək olmaqdır.