BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Könüllülərinin Portalı
Qlobal şəhər forumunun bir parçası ol!
Enerjili, məsuliyyətli və komanda ruhuna sahib olan hər kəsi WUF13 könüllüləri sırasına qoşulmağa dəvət edirik.
Əsas üstünlüklər
WUF13 könüllüsü kimi dünyanın ən böyük şəhərsalma forumunun atmosferini yaxından yaşayacaqsan!
Qlobal tədbirin təşkilində komanda ilə birlikdə çalışaraq dostluqlar qazanacaq, dəyərli təcrübə və yeni bacarıqlar əldə edəcəksən.
Unudulmaz təcrübə
WUF13 könüllüsü olaraq beynəlxalq tədbirin ruhunu paylaşıb gələcək üçün dəyərli təcrübə qazanacaqsan.
Qazanılan bilik və təcrübə gələcək yolun üçün önəmli töhfə olacaq.
Əsas tələblər
Könüllülər məsuliyyətli, ünsiyyətcil və komanda ruhuna sahib olmalıdır.
Fərqli şəraitə uyğunlaşmaq, yardımsevər və öyrənməyə həvəsli olmaq üstünlük sayılır.